İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə qədər təxirə salınır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin dekabrın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş "Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İcbari tibbi sığortada müştərək maliyyələşmə 2024-cü il yanvarın 1-dən tətbiq edilməli idi.
Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























