İstanbulda və Bursada zəlzələ olub

Dekabrın 4-də İstanbulda və Bursada 5,1 gücündə zəlzələ olub. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Mərmərə dənizinin Gəmlik körfəzində 5,1 bal gücündə zəlzələ baş verib.
Bundan əvvəl, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.
Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib