Jurnalistin həbsi ilə bağlı vəsatət təmin edilməyib

Bakı Apellyasiya məhkəməsi "Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barədə verilən 3 aylıq həbs qəti imkan tədbiri ilə bağlı appelyasiya şikayətini təmin etməyib. Bu barədə onun vəkili Bəhruz Bayramov jurnalistlərə açıqlamasında bildirib.
O, noyabrın 27-də saxlanılıb.
Aytac Zeynalova
Aygün Mirakif
www.anews.az
"Üç aylıq həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı şikayətimizə baxıldı. Verdiyimiz şikayət təmin edilmədi. Ümumiyyətlə bu maddə işlək bir maddə deyil. Azərbaycan Respublikası Bakı şəhəri və Abşeron yarımadası ərazisində təxminən 500-ə qədər qanunsuz tikili var. Çox nadir hallarda bu maddə ilə cinayət işi açılır və həbslər olunur. Statistikaya baxsaq, maksimum bu maddə ilə 1 və ya 2 nəfər həbs olunub. Bu da ondan irəli gəlir ki, həbs-qətimkan tədbirinin seçilməsinin əsası yoxdur", - vəkil bildidirb.
O, həmçinin əlavə edib ki, müdafiə etdiyi şəxsin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.
"Orucov ilə biz keçən həftə görüşdük. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Səhhəti normaldır. Bu günkü çıxışinda da bildirdi ki, həbsi onun jurnalist fəaliyyəti ilə bağlıdır. Həmin ərazidə bir ildən artıqdır ki, işlər görür. Ona əvvəlcədən xəbərdarlıq edə bilərdilər. Ofisində və evində olan axtarış onu deməyə əsas verir ki, onu jurnalistika fəaliyyəti ilə bağlı həbs ediblər",- vəkil vurğulayıb.
Əziz Orucova qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
Aytac Zeynalova
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























