• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir ilk - qadın həbsxanasında yazıçı kitabını təqdim edib - FOTO

Azərbaycanda bir ilk - qadın həbsxanasında yazıçı kitabını təqdim edib - FOTO
01.12.2023 16:52
Tanınmış yazıçı, publisist, Yazıçılar Birliyinin üzvü Adəm İsmayıl Bakuvi "Eşq mələyi” romanını Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsində təqdim edib.
 
Təqdimat mərasimində Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Komunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Səidə Qocamanlı, Ombudsman aparatının rəhbər əməkdaşları, xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Elxan Şirinov iştirak edib. Tədbiri giriş sözü ilə açan Aynur Sabitova ilk dəfədir ki, Azərbaycanda belə bir halın yaşandığını, yəni yazıçının yazdığı kitabı həbsxanada təqdim etdiyini bildirib. Qonaqlarla həbsxana sakinləri arasında sual-cavab və maraqlı müzakirələr baş tutub. 4 saat davam edən tədbirdə kövrək, duyğu dolu anlar yaşanıb. Belə ki, həbsxananın qadın məhbusları da gələn qonaqlara sürpriz edərək şeirlər söyləyib, mahnılar oxuyub və səhnəciklər göstəriblər. Cəzaçəkmə müəssisənin rəisi Elgiz İsmayılov sonda müəllifə və gələn qonaqlara minnətdarlığını bildirərək qeyd edib ki, müəssisənin 500-ə yaxın qadın məhbusu müəllifin "Eşq mələyi” romanını bir neçə günə oxuyaraq bitirib. Təqdimatın nəticəsi olaraq Ədliyyə Nazirliyinin rəhbər şəxsləri belə qərara aldı ki, bu cür tədbirlər adət halını alsın və digər müəssisələrdə də yazıçılarla görüşlər keçirilsin. Adəm İsmayıl Bakuvi gələn qonaqlara və rəhbər şəxslərə öz təşəkkürünü bildirib.

M


üəllifin "Eşq mələyi” kitabının ilk təqdimatı 9-cu Beynəlxalq kitab sərgisində baş tutmuşdu. Kitaba qadınlar və gənclər arasında tez bir zamanda maraq yaranıb və 10 min nüsxəsi tez bir zamanda satılıb. Müəllif həmçinin artıq romanla bağlı film və serial dəvətləri aldığını da bildirib.
 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol