• $
  • €
  • ₽
  • ₺
  • £

Azad edilmiş ərazilərdə 46 hektar sahədə ağac əkilib

Azad edilmiş ərazilərdə 46 hektar sahədə ağac əkilib
05.12.2023 11:21
2023-cü ilin hazırkı dövrünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində Meşələrin İnkişafı Xidmətinin yerli qurumları tərəfindən ümumilikdə 46 hektar sahədə 5 800 ədəddən artıq ağac əkilib, 3150 kq toxum səpilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.

Onun sözlərinə görə, aparılan meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən və yerli torpaq-iqlim şəraitinə uyğun əkin materiallarından istifadə olunub.
 
"Proqram çərçivəsində 2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam və Füzuli rayonlarının 1150 hektar sahəsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub”, - Qəribov deyib.
 
İşğaldan azad edilmiş ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan "2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” hazırlanıb. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Bu ilin əvvəlindən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd rayonlarının ərazilərində ümumilikdə 20 minə qədər ağac tingi əkilib, eləcə də 2 tona yaxın Palıd və Şərq çinarı toxumları səpilib. 
 
Aytac 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol