Qarabağa 34 min ailənin köçürülməsi nəzərdə tutulub- Əli Əsədov

2026-ci ilin sonuna qədər Böyük Qayıdış Proqram çərçivəsində Qarabağa 34 min ailənin köçürülməsi nəzərdə tutulub. Bunu baş nazir Əli Əsədov deyib.
"Qarabağın bərpası istiqamətində ciddi işlər görülüb. 3 il müddətində bu ərazilərə 12 milyard vəsait ayrılıb. Növbəti il Qarabağa 4 milyard manatın ayrılması nəzərdə tutulub. 2026-ci ilə qədər 34 min ailənin köçürülməsi planlaşdırılır. İndiyə qədər 987 ailənin köçürülməsi təmin olunub. Cari ilin sonuna kimi 215 ailənin köçürülməsi gözlənilir. Xankəndi, Ağdərə, Xocavənd, rayon və şəhərlərin yerli xərcləri üçün büdcədən 50 milyon artıq vəsait nəzərdə tutulub”, - Əsədov dekabrın 5-də Milli Məclisdə çıxışı zamanı bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























