Məhkəmə Qubad İbadoğlunun vəsatətini təmin etməyib- VƏKİL

Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlunun evində axtarış aparılan zaman sənədlərin və evinə qoyulan möhürün götürlməsinə qarşı verilən vəsatət təmin olunmayıb. Bu barədə onun vəkili Zibeydə Sadıqova anews.az-a bildirib.
"Bu məhkəməyə həm Qubad müəllim, həm də İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi müraciət etmişdi. Bilirsiniz ki, 23 iyulda evdə axtarış aparılmışdı, sənədlər götürülmüşdü, indiyə qədər də qaytarılmayıb. Həmin sənədlərin Qubad müəllimlə əlaqəsi yoxdu, sənədlər İqtisadi Tədqiqatlar Mərkəzinin sənədləridir. Sözü gedən evə də möhür qoyulub. Təşkilatlar iş fəaliyyətinə davam edə bilmirlər. Məhkəməyə müraciət etdik ki, həm evə qoyulmuş möhür götürülsün, həm də sənədlər İqtisadi Tədqiqatlar Mərkəzinə qaytarılsın. Təəssüflər olsun ki, məhkəmə bizim növbəti şikayətimizi təmin etmədi. Sənədlərin qaytarılması istintaqa qalacaq'',- vəkil vurğulayıb.
Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib.

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib