Ordumuzda islahatlara ehtiyac var - Qüdrət Həsənquliyev/VİDEO

Azərbaycanda orduda islahatlara ehtiyac var. Bunu deputat Qüdrət Həsənquliyev deyib.
"Azərbaycanda peşəkar ordu qurulmalıdır. Müharibə hələ bitməyib. Fransa Ermənistanı silahlandırır. Qarşıda bizi yeni hərbi toqquşmalar gözləyə bilər. Ona görə də hərbçilərin pensiya yaşının 20 ildən 25 ilə qaldırılması onların sosial hüquqlarının pozulmasıdır. Onların bu hüququ əlindən alına bilməz. Bununla yanaşı onların mənzil almaq hüququ da pozulur. Mən bunu düzgün hesab etmirəm. Bu məsələ gündəmdən çıxarılmalıdır”, - deputat dekabrın 5-də Milli Məclisdə bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























