• $
  • €
  • ₽
  • ₺
  • £

Xaçmazda 20 nəfər qızılcaya yoluxub

Xaçmazda 20 nəfər qızılcaya yoluxub
06.12.2023 14:03
Xaçmazda qızılca xəstəliyinə 20 yoluxma faktı qeydə alınıb.

Bildirilir ki, son on gündə rayon mərkəzindən və ətraf kəndlərdən qızılca xəstəliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 20 sakin müraciət edib.

Onlardan 5-i vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalara göndərilib, 4 nəfərə ambulator müalicə təyin edilib. Digər şəxslər isə yaşayış yeri üzrə həkim nəzarətinə verilib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tamara Kərimova "Report"un yerli bürosuna bildirib ki, təkcə uşaqlar arasında deyil, böyüklər arasında da qızılcaya yoluxma halları yayılıb: "Mövsümi xəstəliklərlə yanaşı, qızılca xəstəliyi də yayılıb. Qızılcanın ilkin əlamətləri temperaturun 38-40 dərəcəyə yüksəlməsi, bədəndə səpkilərin olması, gözlərin qızarması və mədə-bağırsağın pozulması hallarıdır. Bu hallar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır. Valideynlərə tövsiyə edirik ki, uşaqlara peyvənd vurdursunlar və tibbi maskalardan istifadə edilsin. İnsan qızılca xəstəliyinə ömürdə bir dəfə yoluxur, daha sonra orqanizmdə immunitet yaranır. İkinci dəfə yoluxma olmur".
 
Xəstəliklə əlaqədar hələ ki Xaçmaz rayon məktəblərində distant təhsilə keçən sinif yoxdur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol