• $
  • €
  • ₽
  • ₺
  • £

Füzulidə məktəbdə təhsil alan şagirdlərin sayı artacaq

Füzulidə məktəbdə təhsil alan şagirdlərin sayı artacaq
07.12.2023 10:47
Füzulidəki yeni fəaliyyətə başlayan məktəbdəki şagirdlərin sayı 500 nəfərə çata bilər. Bu barədə "Report”-a Füzuli rayonu Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin direktoru Həcər Mahmudova deyib.

Hazırda məktəbdə 290 nəfər şagird təhsil alır.
 
"Bu rəqəm 2023-cü ilin sonuna kimi 500 nəfəri ötəcək. Təhsil müəssisəsi üç aydır fəaliyyət göstərməsinə baxmayaraq şagirdlərin sayı 300 nəfərə çatır. Ona görə də il sonuna qədər bu rəqəmin 500-ə çatacağını proqnozlaşdırmaq mümkündür”,- məktəb direktoru əlavə edib.
 
2023-cü ilin avqustunda Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev, o cümlədən hər iki ölkənin birinci xanımları Mehriban Əliyeva və Ziroatxon Mirziyoyeva məktəbin açılışında iştirak ediblər.
 
2026-cı ilin sonuna qədər Füzuli rayonunda Füzuli şəhəri və 10 kəndin bərpa olunub təhvil verilməsi nəzərdə tutulub.

Sözügedən şəhər və 10 kənddə ümumilikdə 22 000 nəfərə qədər əhalinin məskunlaşması planlaşdırılır.
 
 Füzuliyə köçürülənlərin sayı 332 ailə olmaqla 1183 nəfərə çatıb.
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.

Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol