10 ayda Azərbaycanın Böyük Britaniya ilə ticarət dövrüyəsinin həcmi açıqlanıb

2023-cü ilin 10 ayı ərzində Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 734 milyon dollar olub. Bunu Energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, investisiya mühiti dayanıqlı şəkildə artıb və artmaqda davam edir.
"İnvestisiya mühiti dayanıqlı şəkildə artır. Biz xarici investisiyalardan daha da artım gözləyirik. Böyük Britaniya tərəfindən 1995-ci ildən bəri 35 milyard dollara yaxın investisiya edilib ki, bunun 33 milyard dolları məhz neft-qaz üzrədir", - o vurğulayıb.
Nazir bildirib ki, işğaldan azad edilmiş rayonlarda aparılam rekonstruksiya işlərində 4 layihədə Böyük Britaniya şirkəti iştirak edir.
www.anews.az
"Böyük Britaniyadan idxal olunan əsas mallar arasında avadanlıq, nəqliyyat vasitələri, qara metallar, əczaçılıq və kimya məhsulları, Azərbaycanın Böyük Britaniyaya ixracı isə əsasən xam neft, gübrələr və müxtəlif avadanlıqlardan ibarətdir. 2022-ci ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 2021-ci illə müqayisədə 55,1% artaraq 1 milyard dollarına çatıb" , - nazir Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çıxışı zamanı deyib.
"İnvestisiya mühiti dayanıqlı şəkildə artır. Biz xarici investisiyalardan daha da artım gözləyirik. Böyük Britaniya tərəfindən 1995-ci ildən bəri 35 milyard dollara yaxın investisiya edilib ki, bunun 33 milyard dolları məhz neft-qaz üzrədir", - o vurğulayıb.
Nazir bildirib ki, işğaldan azad edilmiş rayonlarda aparılam rekonstruksiya işlərində 4 layihədə Böyük Britaniya şirkəti iştirak edir.
"Biz Böyük Britaniyanın mina təmizləmə sahəsinə verdiyi dəstəyi yüksək qiymətləndirik" , - Şahbazov deyib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























