Zəlzələdən sonra hər hansı bir dağıntı qeydə alınmayıb - FHN rəsmisi

Bu gün - dekabrın 7-də baş verən zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb. Bunu Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət agentliyinin rəis müavini Elxan Əsədov deyib.
"Bakı və rayonlardan hər hansı dağıntı ilə bağlı heç bir məlumat daxil olmayıb. Aidiyyəti qurumlarımız öz işlərini adi rejimdə davam etdirirlər", - Əsədov Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Dekabrın 7- də yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























