Azərbaycan Ukraynaya humanitar yardım göndərib

Azərbaycan Ukraynaya növbəti dəfə 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi göndərib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Prezidentin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.
Sözügedən humanitar yardımın birinci hissəsi cari ilin oktyabrın 30-da və 21 noyabr tarixlərində Ukraynaya göndərilib.
Azərbaycanın bundan əvvəl Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur.
Ötən ilin iyulun 5-də Azərbaycandan Ukraynaya ümumi çəkisi 45 ton 382 kq olan ərzaq məhsulları, gündəlik tələbat, geyim və ilkin tibbi ləvazimatlardan ibarət növbəti humanitar yardım yola salınacaq. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib.
Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.
Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib