• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xərclənən vəsait açıqlanıb

Şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xərclənən vəsait açıqlanıb
08.12.2023 11:51
"YAŞAT" Fondu tərəfindən son 3 ildə məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 42 milyon 153 min 250 manat xərclənib. Bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib. 

"Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 536 , itkin ailə üzvlərinin 7 və yaralıların 7 033 müraciəti olmaqla ümumilikdə 12 576 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı Fond tərəfindən "Onlar bizə əmanət” layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb", - o dekabrın 8-i "YAŞAT” Fondunun 3 illik hesabatına həsr olunan brifiqdə deyib.
 
Onun sözlərinə görə, 2020-ci il  27 sentyabr tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı "Onlar bizə əmanət” layihəsi həyata keçirilib. 

"Körpələrin zəruri ehtiyacların qarşılanması istiqamətində layihə çərçivəsində1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb", - rəhbər bildirib. 

Hüseynov qeyd edib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. 

"Onlara Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir", - o vurğulayıb.
 
"YAŞAT" Fondu 2020-ci il dekabrın 8-də İlham Əliyevin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında əsas məqsəd şəhid ailələrinə və hərbi əməliyyatlar nəticəsində yaralanmış şəxslərə dəstək olmaqdır.


Aygün Mirakif
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol