Fazil Mustafa Mədəniyyət Komitəsinin sədri seçilib

Deputat Fazil Mustafa Milli Məclisin Mədəniyyət Komitəsinin sədri seçilib. Bu barədə Milli Məclis dekabrın 7-də plenar iclasda qərar qəbul edib.
Bununla yanaşı deputat Ülviyyə Həmzəyeva komitənin sədr müavini təyin edilib.
Buna kimi, Fazil Mustafa komitənin sədr müavini vəzifəsini icra edirdi.
Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva olub. O, sentyabrın 28-də vəfat edib. Müvəqqəti olaraq onun komitə sədri kimi səlahiyyətlərini Fazil Mustafa icra edib.
Fazil Mustafa 2005, 2010, 2015 və 2020-ci illərdə 4, 5 və 6-cı çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























