• $
  • €
  • ₽
  • ₺
  • £

Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişikliyi olub
08.12.2023 17:15
Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib. 

Dəyişikliklərə əsasən, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb. Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur. Həmçinin nazirliyin aparatında mövcud olan Beynəlxalq əməkdaşlıq, Maliyyə, Təhsilin iqtisadiyyatı, Vətəndaşlara xidmət və sənədlərlə iş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətini davam etdirəcək.

Struktur dəyişikliyindən sonra Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib.

Bununla yanaşı, Əliyev Elnur Qəzənfər oğlu nazirin müşaviri təyin edilib. Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək.

Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub.

Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinə Vəfa Yaqublu, Elm və ali təhsil siyasəti şöbəsinə Turxan Süleyman, Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinə Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji planlaşdırma və koordinasiya sektorunun müdiri Leyla Xəlilova Rzazadəyə həvalə olunub. 

Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin müdiri Gündüz Əbdülov, Audit şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol