Cəsarət Valehov vəzifəsindən azad olunub

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.
Lakin Cəsarət Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.
Dəyişikliyə əsasən, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub. O, bundan əvvəl nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
"Hazırda səhhətimdə problemlər var, danışa bilmirəm. Yeni dəyişiklik olub, başqa nə deyə bilərəm?!. Yaxın günlərdə yeni iş fəaliyyətimlə bağlı məlumat verəcəyəm",- Cəsarət Valehov facebook hesabında yazıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























