Samuxda “Mənim uğurlu karyeram” layihəsi

Samux rayonunda “Mənim uğurlu karyeram” adlı layihə keçirilib.
ANN.Az xəbər verir ki, 28 fevral və 1 mart 2014-cü il tarixlərdə Samux rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim uğurlu karyeram” adlı layihə həyata keçirilmişdir.
Layihə çərçivəsində Samux şəhərində yaşayan gənclərin, ali məktəbi yeni bitirmiş məzunların və dövlət müəssisələrində çalışan gənclər üçün Dövlət tərəfindən yaradılan imkanlardan istifadə qaydaları praktik şəkildə maksimum izah etmək, onların bu imkanlardan maksimum yararlanmalarına dəstək göstərmək nəzərdə tutulub.
1. CV-lərin və Tərcümeyi halın yazılmasi
2.Dövlət Qulluğuna imtahan
Məqsəd regionlarda yaşayan gəncləri aktiv əmək fəaliyyətinə cəlb etmək, özlərinə uğurlu karyera qurmaq üçün təkan verməkdir.Layihə çərçivəsində maarifləndirici bukletlərin hazırlanması nəzərdə tutulmuşdur. Həmin bukletlərin ictimai yerlərdə, təhsil müəssisələrində gənclərə paylanılmışdır. Təlim iştirakçılarına sertifikatlar verilmişdir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























