• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb

Bakıda 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb
09.12.2023 14:11
Paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı Yeni Günəşli və Zığ qəsəbələrində baş verən oğurluq hadisələrinin üstü açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxt sakinlərindən biri avtomobilindən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar.

Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərin şüşələrini qıraraq maqnitofon, həmçinin digər qiymətli əşyalar oğurlayan Əli Səfərov və Zığ qəsəbəsində yerləşən obyektlərdən birindən 2500 manat dəyərində qapı, pəncərə və dəmir avadanlıqlar oğurlayan əvvəllər məhkum olunmuş Əhməd Cəfərov saxlanılıb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmçinin son bir-neçə gündə əhali ilə aparılan profilaktik söhbətlər nəticəsində Suraxanı rayon sakinlərində saxlanılan 5 ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri polisə təhvil verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol