• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlarımız milli nağıllarımızı smartfonla dinləyə bilər

Uşaqlarımız milli nağıllarımızı smartfonla dinləyə bilər
28.02.2014 22:29
Kompüter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsinin ikinci mərhələsi artıq başa çatıb.ICTnews.az xəbər verir ki, layihənin ikinci mərhələsi çərçivəsində “Qızıl ilan” və “Təlimli pişik” nağılları ərsəyə gətirilib.  Layihənin maliyyələşdirilməsi AGF tərəfindən həyata keçirilib. Layihə çərçivəsində hazırlanmış interaktiv nağıllar azyaşlıların və yeniyetmələrin maariflənməsi və inkişafına yönəldilib.İnteraktiv nağıllar dünyada geniş istifadə olunan “touch screen” imkanlarını dəstəkləyən platformalara uyğun hazırlanıb. Nağılların planşet, kompüter və smartfonlar da daxil olmaqla ən müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkündür.Bu layihənin unikallığı nağılları izləyən uşağın özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss etməsi, istədiyi əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilməsidir. Üstəlik, nağılları səssiz izləmək də mümkündür. Belə ki, uşaqlar interaktiv cizgi filminin səsini (nağılın süjetinin gedişatının audio səslənməsi dayandırıldıqdan sonra) tam almaqla subtitrlərin köməyilə nağılı özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq, təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq qabiliyyətlərinin inkişafı üçün olduqca önəmlidir. Ən əsası isə uşaqlarımız kiçik yaşlarından başlayaraq müasir informasiya-kommunikasiya texnologiyaları ilə tanış ola və onlarla işləməyi öyrənə biləcəklər.Hazırda layihə çərçivəsində hazırlanmış bütün nağılları “Play Market”in köməyilə “https://play.google.com” linkinə daxil olub yükləmək mümkündür.Nağılların rəsmi təqdimatı yaxın zamanda olacaq.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol