Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Astara” gömrük postunda 254, "Biləsuvar” gömrük postunda 90, "Qırmızı Körpü” gömrük postunda 1000, "Mazımqara” gömrük postunda 50, "Samur” gömrük postunda 56 və "Xanoba” gömrük postunda 13 yük maşını var.
Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı "Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























