Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi 2023-cü il dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.
İmtahan Bakı şəhərində 1 binada keçirilib. İmtahanın idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 18 nəzarətçi–müəllim, 3 buraxılış rejimi əməkdaşı ayrılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























