• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilib?- Açıqlama

Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilib?- Açıqlama
11.12.2023 14:30
Kürdəmirdə 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı məlumat var. Bu barədə Bakıvaxtı.az-da videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Qafqazinfo”ya bildirib ki, evləndirildiyi iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunub.

Qurum rəsmisinin sözlərinə görə, məktəbli qızın evləndirilməsi faktı təsdiqini tapmayıb.

"Sadəcə olaraq ailələrin övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər. Yetkinlik yaşına çatmayan şəxsin ailə qurmasına cəlb edilməsinin yolverilməzliyi və qanunla qadağan olunduğu hər iki şəxsin valideynlərinin diqqətinə çatdırılıb. Həmçinin ailələr nəzarətə götürülüb. Yeniyetmələrin yetkinlik yaşına çatmamış evləndirilməsindən söz gedə bilməz”, - Teymur Mərdanoğlu vurğulayıb.

Mətbuat katibi əlavə edib ki, məktəbli qız hazırda dərslərinə davam edir.

O qeyd edib ki, məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamaya görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol