Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib

Bankın keçirdiyi lotereyanın reklamının məzmununda qanunvericiliyin tələbinin pozulması ilə bağlı televiziya kanallarına xəbərdarlıq edilib.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bu gün keçirilən iclasda oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub.
Audiovizual Şura ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə həyata keçirdiyi monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən keçirilən lotereya ilə bağlı natamam informasiyanın verilməsi ilə "Reklam haqqında" qanunun 15.2-ci maddəsinin tələblərinin (əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir) pozulması qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























