• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir
12.12.2023 09:29
Layihə uşaqlar üçün nəzərdə tutulmuş beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında həyata keçirilir 


Azercell  şagird və valideynlər üçün "Təhlükəsiz internet” layihəsinə start verir. Layihənin məqsədi şagirdləri onlayn təhdidlər barədə, valideynləri isə övladlarının onlayn məkanda  üzləşə biləcəkləri təhlükələrlə bağlı maarifləndirmək və mübarizə yolları haqqında məlumat verməkdir. "Təhlükəsiz internet”in Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Saatlı, Quba, Goranboy və İsmayıllı şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub. 
Uşaqlar üçün nəzərdə tutulmuş sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçiriləcək dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar: 

• virtual tanışların yoxlanılması;
• şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;

• şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;

• şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;

• trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək 

Layihə çərçivəsində keçiriləcək dərslər "GID CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılacaq. "Təhlükəsiz internet”də 300-dən çox uşaq və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.

Azercell 2016-cı ildən mütəmadi olaraq, uşaqlar və onların valideynləri üçün internet təhlükəsizliyi haqqında  maarifləndirici layihələr həyata keçirdir. Bu illər ərzində 1500-dən çox internet istifadəçisi bu cür layihələrdən yararlanıb.  



















www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol