• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərə tibb məntəqələri lazımdırmı? -Ekspertlərdən açıqlama

Məktəblərə tibb məntəqələri lazımdırmı? -Ekspertlərdən açıqlama
11.03.2024 17:50
Keçmiş SSRİ zamanında bütün orta ümumtəhsil məktəblərində tibb məntəqələri fəaliyyət göstərib. Lakin SSRİ dağılandan sonra onların fəaliyyəti dayandırılıb. Bəs məktəblərdə tibb məntəqələrinin olmamasının səbəbi nədir?
 
TƏBİB-in mətbuat xidmətindən anews.az-a verilən məlumata görə,  ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılmış həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır.
 
"Azərbaycan Respublikası "Təhsil haqqında” Qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir. Bu qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər.  
Təhsil müəssisələrində təhsilalanların tibbi xidmətlə təmini iki formada - təhsil müəssisəsində ambulator tibb xidmətinin təşkili üçün yaradılmış həkim və ya tibb məntəqəsi vasitəsilə (məktəb həkim-pediatrı və ya tibb bacısı tərəfindən), ümumi qaydada, yəni yerində ambulator tibbi xidmət təşkil edilmədən (sahə üzrə təhkim edilmiş sahə həkimi-pediatr (ailə həkimi) və ya tibb bacısı tərəfindən) həyata keçirilir.
Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir", - məlumatda bildirilib.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirir ki, məktəblərin tibb xidməti adlı bölməsi yoxdur, yalnız məktəblərdə tibbi xidmətin göstərilməsi var ki, bunu da ərazi üzrə poliknikalar həyata keçirir. 
 
"Məktəblərdə tibbi xidmətini ərazi üzrə uşaq poliknikaları göstərir. Məktəbin tibbi xidmət adlı bölməsi yoxdur. Ali təhsil ocaqlarının bəzilərinin daxilində poliknikalar var, lakin məktəbin daxilində poliknika olmur", - o qeyd edib.  
 
Təhsil eksperti Elçin Murad hesab edir ki, məktəblərdə tibb məntəqələrinin aşağı səviyyədə olmasına səbəb həmin sahəyə qeyri-ciddi yanaşılmadır.
 
"Məktəblərdə təşkil olunan tibb məntəqələri TƏBİB tərəfindən təşkil olunmalıdır.  Burada təyin olunan işçilərin müəyyən tibb təhsili olmalıdır. İstər kollec məzunlarından seçilmiş, istərsə də müəyyən praktika keçmiş ilkin tibbi yardımları bacaran işçi cəlb olumalıdır. Bu gün biz təəssüf ki, məktəblərdə tibb məntəqələrinin aşağı səviyyədə olduğunu görürük. Bunun səbəbi həmin sahəyə qeyri-ciddi yanaşılmasıdır. Tibb məntəqələrinə müraciət edən uşaq sayının az olması, valdideynlərin buna qarşı laqeyd yanaşması həmin məntəqələrinin varlığının keyfiyyətini aşağı salır. Eyni zamanda TƏBİB-in də bu sahəyə marağını azaldır”, - o əlavə edib.
 
Ekspertin sözlərinə görə, məktəblərin tibb məntəqələrinə TƏBİB-in seçdiyi işçilər təyin olunmalıdır.
 
"Orta məktəblərdə də buna xüsusi nəzarət və diqqət olmalıdır. Bu qədər virusların yayıldığı bir dövrdə məktəblərdə tibb məntəqələrinin olmaması uşaqların həyatını riskə atır. Buna görə də tibb məntəqələri lazımı şəkildə yaradılmalı, olanlar isə güclü iş sistemi ilə təmin edilməli, savadlı və ilkin tibbi yardımı yaxşı bilən şəxslər cəlb olunmalıdır. Orta məktəblər bu məsələlərdə TƏBİB-lə paralel şəkildə işlənməli və xüsusi diqqət ayrılmalıdır. Məktəblərdə tibb məntəqələrinin olmaması həm orta məktəblərin TƏBİB-ə təklif göndərməməsi, həm də müəllim, şagird və valideynlərin bu msələyə laqeyd yanaşması ilə əlaqədardır.
İstər TƏBİB, istər məktəb sistemi, Elm və Təhsil Nazirliyi bu məsələdə TƏBİB-lə yaxından əməkdaşlıq etməlidir”, - Murad vurğulayıb.
 
Təhsil eksperti Elmin Nuri hesab edir ki, məktəblərdəki tibb otaqlarının olması problematik məsələdir.
 
"Burada işləyən işçilərindən biz yüksək tibb bacarığı, orada işləyən tibb işçisindən həkimlik xüsusiyyəti tibb bacarığı gözləyə bilmərik. Sovet dövründə də tibb otağının və tibb işçisinin funksiyası o olub ki, ilkin ambulator vəziyyət yarananda anında müdaxilə edə bilsin, təcili yardım maşını gələnə, xəstə xəstəxanaya çatdırılana qədər ilk addımı atsın. Bizim məktəblərdə adi uşağın burnundan qan açılanda, hansısa bölgəsi yaralanda tibb otaqları onlara müdaxiləyə cavab verə bilmirlər. Əksəriyyətinə xüsusi tələb kimi irəli sürülən "apteçka”, onun içində bint, spirt, yod, tənzif kimi elementar ləvazimatlar var. Bunu qoyma səbəbləri də nazirlikdən yoxlama gələndə görsün deyədir. Zənn edilir ki, əgər o varsa, tibb otağı və normal fəaliyyəti də var. Bu belə deyil, iş bununla bitmir”, - Nuri qeyd edib.
 
Eskpertin sözərinə görə, məktəblərdəki tibb işçisi məktəbin yerləşdiyi ərazidə Sahə poliknikasının həkimi tərəfindən müəyyən olunmalıdır.
 
"Məktəblərdə orta təhsil müəssisələrində tibb və iaşə xidmətlərinin təşkili qaydası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilib və bu qaydalara əsasən hər bir məktəbin tabeliyində tibb kabinet olmalıdır. Bu tibb kabineti xüsusi təmizliyə, gigenik standartlara cavab verməklə yanaşı ilkin tibbi yardıma lazım olan əşya və avadanlıqlarla da təchiz olunmalıdır. Tibb işçisi isə həmin məktəbin yerləşdiyi ərazidə Sahə poliknikasının tibb işçisi və ya həkim tərəfindən müəyyən olunmalıdır. Bu tibb içisi artıq məktəb direktoruna tabe deyil, həmin ərazidəki poliknikanın baş həkiminə tabedir. Məktəbdəki tibb işçisi müəllim heyəti ilə, valideynlərlə, məktəb rəhbərliyi ilə mütəmmadi görüşmək, məktəbdəki tibbi durumla bağlı məlumatlandırmaq hüququna malikdir və bu onun vəzifə borcudur”, - o deyib.
 
Nuri qeyd edir ki, məktəblərdəki tibb məntəqələri nə təhsil, nə də sosial problem baxımından heç kimin yadına düşməyən məsələdir.
 
"Bizim məktəblərdə tibb işçilərindən neçəsi yerindədir? Yerində olsa belə öz vəzifə öhdəliklərini nə dərəcə də yerinə yetirirlər? Bunların hamısı açıq sualdır.
Bu nə təhsil, nə də sosial problem baxımından heç kimin yadına düşməyən bir məsələdir. O qədər normallaşıb ki, bu artıq heç kimi maraqlandırmır”, - ekspert vurğulayıb.
 
Təhsil eksperti Rizvan Fikrətoğlu hesab edir ki, qızılca xəstəliyinin yayıldığı dövrdə məktəblərdə tibb məntəqələrinin fəaliyyət göstərib-göstərməmə məsələsi diqqətdən yayınmamalıdır. 

"Mənə bircə təhsil müəssisə göstərin ki, orada tibb işçisi var və bütün bunlara əməl edirlər. Heç olmaya qızılca xəstəliyinin yayıldığı indiki dövürdə bu məsələ diqqətdən yayınmasın. Bugün məktəbdə bir şagird orta dərəcəli xəsarət alarsa, təcili tibbi yardım gələnə kimi ilkin yardım göstərilməsə, o şəxsin vəziyyəti ağırlaşacaq. Mövcud vəziyyədə məktəblərdə tibb otaqları yoxdur, zəruri avadanlıqlar və personal baxımından yanaşsaq, olanlarının da vəziyyəti qənaətbəxş deyil. Bütün bunları nəzərə alaraq məktəblərdə şagird sayına müvafiq olaraq tibbi yardım işçilərinin olması zəruri haldır və bu barədə işlər gücləndirilməlidir", - Fikrətoğlu qeyd edib. 
 
O bildirir ki, Nazirlət Kabinetinin qərarına görə təhsil müəssisələrin rəhbərləri tibb xidmətinin təşkili qaydasına görə məsuliyyət daşıyırlar. 
 
" "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin qərarına görə,  bütün təhsil müəssisələrində tibb xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunmalıdır. Təhsil müəssisələrinin rəhbərləri bu qaydaların tələblərinə əməl edilməsinə görə məsuliyyət daşıyırlar. Bunlarla yanaşı, qaydalarda hər bir təhsil müəssisəsi tərəfindən tibb xidmətinin təşkili üçün müvafiq sayda otaqlar və avadanlıqlar ayrılması, tibb xidməti təhsil müəssisəsinin iş qrafikinə uyğun şəkildə təşkil edilməsi, eləcə də təhsilalanların profilaktik müayinəsi, immunoprofilaktika proqramları çərçivəsində profilaktik peyvəndlərin edilməsi təhsil müəssisələrinin rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik üzrə aparılması da göstərilir", - ekspert əlavə edib.

Rizvan Fikrətoğlunun sözlərinə görə, təhsil müəssisəsinə xidmət edən tibb işçiləri olmalıdır.
 
"Həmin tibb işçiləri pedaqoji kollektivlə birlikdə uşaqların siyahıya alınmasını aparmağa, onların təhsilə funksional hazırlığını müəyyən etmək, təhsilalanların adaptasiya rejimi üzrə və peşə yönümünə görə tövsiyələr verməyə, təhsilalanların profilaktik müayinəsini aparmağa və profilaktik peyvəndlər etməyə borcludurlar. Tibb işçilərinin vəzifələri bunlarla bitmir, onlar pedaqoji kollektivlə birlikdə uşaqları və valideynləri sanitariya-gigiyena, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər səhiyyə məsələləri üzrə maarifləndirməyə, uşaqları fiziki inkişaf dərəcəsinə görə bədən tərbiyəsi üzrə tibbi qruplara bölməyə, fiziki tərbiyənin effektivliyinin təhlilini aparmağa, fiziki tərbiyənin aparılmasına nəzarət etməyə, təhsil müəssisəsinin, o cümlədən qida blokunun sanitariya-gigiyena və əksepidemik rejiminə, işçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə, risk qrupundan olan uşaqların fərdi qidalanmasının təşkilinə gündəlik nəzarət etməyə də borcludurlar. Bir sözlə, təhsil müəssisəsində yemək menyusunun təşkilində iştirak etməkdən tutmuş, dərs cədvəlinin təşkili zamanı tövsiyələr verməyə kimi tibb yönümlü bütün işlər orada işləyən tibb işçisinin vəzifə səlahiyyətlərinə aiddir", - o bildrib.
 
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, bəzi məktəblərdə tibb məntəqələri olsa da, təchizat yoxdur.
 
"Məktəblərdə bəzilərində tibb məntəqələri yoxdur. Dövlət qedyiyyatlı ümumi təhsil müəssisələrinin sayı hardasa 4200-ə yaxındır, özəl ümumi təhsil müəssiələrini də bura əlavə etsək, bu rəqəm 4400-dür. Bunların əsasən tibb məntəqəsi olanı paytaxt və paytaxdan bir qədər kənarda şəhər və şəhər mərkəzlərində və yaxud da rayon mərkəzlərində mövcud olan təhsil müəssisələrində tibb məntəqələri var. Bəzi tibb məntəqələrində təəssüf ki, təchizat, yəni müvafiq dərman preparatları, tibb ləvazimatları yoxdur. Təhsil müəssisələrində həm iaşə xidmətinin, eyni zamanda tibb xidmətinin göstərilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olsa da, görünən ondan ibarətdir ki, məktəb rəhbərləri bu prosesə bir qədər biganə yanaşırlar. Bununla yanaşı müvafiq qurum tərəfindən, Səhiyyə Nazirliyindən müəyyən razılıq əldə olunmalıdır ki, təhsil müəssisələrində məntəqələr yaradılsın və ləvazimatlarla təchiz olunsunlar", - o deyib.
 
Ekspertin sözlərinə görə, təhsil elə bir sferadır ki, əhalinin hər bir üzvünə təsir edə bilir.
 
"Yəni 2 milyondan çox təhsilə bağlı şəxs var. Hər bir ailədən təhsilə bağlı şəxsi biz nəzərə alsaq, demək olar ki, ölkə əhalisinin 85-90%-i təhsillə bağlılığı olan şəxslərdir. Bu da onu deməyə əsas verir ki, o daim diqqətdə saxlanmalı və təhsilanların təhlükəsizliyi və sağlamlığı nəzərdə saxlanılmalıdır. Buna görə də tibb məntəqələri gec olmadan fəaliyyət göstərməli, əgər mövcuddursa, fəaliyyəti bərpa olunmalıdır", - Əfəndi vurğulayıb.
 
 
Məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komutəsinin münasibətini öyrənməyə çalışsaq da zənglərimizə cavab ala bilmədik. 

Aygün Mirakif 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol