Hazırda distant və qapanmaya gedilməsinə ehtiyac yoxdur - Nazir

Qızılcaya yoluxma ilə bağlı hazırda ümumilikdə distant təhsilə və qapanmaya gedilməsinə ehtiyac yoxdur. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, son mənzərədə yoluxanların sürətində azalma müşahidə olunur.
"Ümumilikdə proses nazirliyin nəzarətindədir. Valideynlər uşaqlarını peyvənd zamanında peyvənd etdirməlidir. Hazırkı dönəm üçün hər hansı qapanmaya gedilməsi gözlənilmir. Ayrı-ayrı siniflərdə yoluxma olduğu halda lokal xarakterli qapanmalara gedilə bilər", - nazir dekabrın 12-də Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.
Səhiyyə Nazirliyinin son açıqlamasına görə Azərbaycanda qızılcaya yoluxanların rəsmi sayı 284 nəfərdir.
Son 1 ay ərzində ölkədə qızılcadan ölən uşaqların sayı 5 nəfər təsdiqlənib.
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb.
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
Səhiyyə Nazirliyi açıqlama yayaraq qeyd edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib