Baş Prokurorluq "Tərtər işi" ni təzələyib istintaq aparır - Xanlar Vəliyev

Baş Prokurorluq "Tərtər işi" ni təzələyib və istintaq aparır. Bunu barədə Report hərbi prokuror Xanlar Vəliyevə istinadan yazıb.
"İş Baş Prokurorluqda araşdırılır. Biz vaxtında istintaq apardıq, müəyyən işlər gördük, bir qismini də dayandırdıq. İndi Baş Prokurorluq "Tərtər işi"ni təzələyib və istintaq aparır”, - Xanlar Vəliyev dekabrın 12-də Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Tərtər işu üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb.
2016-cı ilin aprel döyüşlərindən sonra bir qrup hərbçi dövlətə xəyanətdə ittiham olunub.
Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluq etdiyi bildirilir.
Lakin 2019-cu ildə 2017-ci ilin may-iyununda saxlanılan 100-dən çox əsgər və zabitin işgəncələrə məruz qaldığı məlum olub.
25 hərbçi uzun müddətə azadlıqdan məhrum edilib, daha 9 nəfər işgəncə nəticəsində həlak olub.
Daha sonra təqsirləndirilənlərdən bəziləri bəraət alıb, işgəncələrə görə məsuliyyət daşıyanlar həbs edilib. Qanunsuz məhkum olunmuşların bəraət alması prosesi davam edir. Ötən il oktyabrın 5-də məhkəmələr 16, dekabrın 6-da isə daha 19 nəfərə bəraət hökmü çıxarıb.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib