• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən “Metroda şalvarsız bir gün” aksiyası keçirmək istəyənlərə xəbərdarlıq

DİN-dən “Metroda şalvarsız bir gün” aksiyası keçirmək istəyənlərə xəbərdarlıq
28.02.2014 18:38

Daxili İşlər Nazirliyi sabah metroda “Metroda şalvarsız bir gün” aksiyası keçirmək istəyənlərə ciddi xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, belə bir flaşmob keçiriləcəyi təqdirdə, bu xuliqanlıq əməli hesab olunacaq: “Bu yaramaz tədbiri təşkil edənlər məsuliyyətə cəlb olunacaqlar. Çünki onlar belə hərəkətlərlə ictimai qaydanı kobud şəkildə pozmaqla yanaşı həm də cəmiyyətə açıqca hörmətsizlik etmiş olacaqlar ki, bu da sırf xuliqanlıqdır. Qanunun keşiyində duran polis elə qanuna müvafiq olaraq da belə hərəkətləri təşkil edənlərin, rəvac verənlərin məsuliyyətə cəlb olunmalarını birmənalı olaraq təmin edəcək. Digər tərəfdən, cəmiyyətimiz üçün yad olan belə bir flaşmobun keçirilməsi xalqımızın adət-ənənəsinə, mentalitetinə və mənəviyyatına uyğun olmayan bir hərəkətdir. Ona görə də əminəm ki, ictimai asayişin və qanunlarımızın keşiyində duran polislə yanaşı, vətəndaşlarımız da belə hərəkətlərə qarşı öz  etirazını və iradını bildirəcəklər”. Qeyd edək ki, martın 1-də Bakının mərkəzi metro stansiyaları “28 May” “Gənclik” və “Sahil” metro stansiyasında bir qrup gəncin milli mentalitetə, mənəvi dəyərlərə zidd bir flaşmob keçirmək istəməsi ilə bağlı sosial şəbəkələrdə və elektron mediada məlumat yayılıb.Məlumatda qeyd edilir ki, gənclər sözügedən metro stansiyalarında “Metroda şalvarsız bir gün” aksiyasını keçirəcəklər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol