Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Azərbaycan
Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar
Platformasının (ASAP) təşkilatçılığı ilə ölkəmizdə, eləcə də Türkiyə və Gürcüstanda
12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş silsilə tədbirlər
keçirilib.
Türkiyənin
İstanbul, Gürcüstanın Tbilisi şəhərində ASAP nümayəndəlikləri tərəfindən 12
dekabr - Anım Günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin bu şəhərlərdə yerləşən
abidələri ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi
dərin hörmət və ehtiramla yad edilib.
Ölkəmizdə
isə xarici universitetlərdə təhsil alan azərbaycanlı tələbə və məzunların
iştirakı ilə "Tarixi xatirələrdə
Heydər Əliyev" adlı tədbir keçirilib.
Tədbirdə
ADA Universitetinin prorektoru, ASAP-ın sədri Fariz İsmayılzadə və ASAP-ın
İcraçı direktoru Sevda Mansurova açılış nitqləri ilə çıxış ediblər.
Bildirilib
ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin əsasını
qoyaraq bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılması və sistemli
fəaliyyətin təmin olunması məqsədi ilə aidiyyəti icra orqanlarının
yaradılmasını təmin edib. Qısa zaman ərzində gənclərin ölkənin ictimai-sosial həyatında
aktiv iştirakçılığı təmin edilib, qəbul edilən Dövlət Proqramları gənclərin hər tərəfli inkişafına zəmin yaradıb.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət özünün yeni yüksəliş
mərhələsinə qədəm qoymuşdur ki, bu gün Azərbaycan gənclərinin
həm ölkə daxilində, həm də beynəlxalq arenada əldə etdikləri nailiyyətlər bunun
ən bariz göstəricisidir.
Tədbirin
ikinci hissəsi panel müzakirələri formatında davam edib. Ümummilli Lider Heydər
Əliyevlə birgə çalışmış siyasi xadim, sabiq baş nazir Həsən Həsənov, Milli Məclisin
deputatı Rafael Hüseynov və Azərbaycanın əməkdar artisti Tahir İmanov öz xatirələrini
gənclərlə bölüşüblər.
Çıxış
edən qonaqlar Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin qorunub
saxlanılması üçün atdığı addımlardan, ölkəmizin hərtərəfli inkişafı üçün həyata
keçirdiyi fəaliyyətlərdən, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üzrə
xidmətlərindən söhbət açıblar. Gənclərin hər zaman Ulu Öndərin qayğısı ilə əhatələndiyini
qeyd edən spikerlər bu gün də Prezident İlham Əliyevin ölkə gəncliyinə verdiyi
yüksək dəyəri diqqətə çatdırıblar. Ölkə xaricində təhsil alan Azərbaycanlı tələbə
və məzunların ixtisaslaşmış kadr kimi
formalaşması və ölkəmizə qayıdaraq Azərbaycanın inkişafına öz töhfələrini vermələri
bu diqqət və qayğının real təcəssümü kimi vurğulanıb.
Tədbir
müzakirə formatında davam edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























