Sabirabadda ticarət obyektləri yanıb

Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə yerləşən 8 obyekt və 900 kv metr ərazi yanıb.
Hadisə yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb ounub.
Yanğın söndürülüb və digər obyektlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























