• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi yerlərə qar yağıb - Faktiki hava

Bəzi yerlərə qar yağıb - Faktiki hava
13.12.2023 09:52
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Saat 9:00-a olan məlumata görə, düşən yağıntının miqdarı Neftçalada 21 mm (aylıq normanın 72%-i), Qobustanda 13 mm, Sabirabad, Cəfərxanda 8 mm, Ordubad, Biləsuvar, Lənkəran, Culfa, Sədərək, Şamaxı, Astara, Yardımlı, Balakən, Oğuz, Qəbələ, Şahbuz, Şərur, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Zaqatala, Şəki, Quba, Altıağac, Qusar, Şabran, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda 10 mm (aylıq normanın 34%-i), Sumqayıtda 5 mm (aylıq normanın 20%-i), Maştağada 3 mm, Binədə 2 mm-dək olub.


Şahdağda qar örtüyünün hündürlüyü 5 sm-dir.


Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Şəki, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Lerik, Sumqayıt, Pirallahı, Çilov adasında duman müşahidə olunub, görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub.


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi gözlənilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol