• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini - Qarabağda yüzminlərlə iş yeri açıla bilər

Nazir müavini - Qarabağda yüzminlərlə iş yeri açıla bilər
13.12.2023 12:14
Qarabağda yüzminlərlə iş yerinin açılması gözlənilir. Bu barədə Report Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevə istinadan yazıb. 
 
"Azad olunan ərazilərə qayıdan şəxslərlə işin aparılması, məşğulluq imkanlarının qiymətləndirməsi təşkil olunur. Prioritet ixtisası və peşəsi olanlara, eləcə də məşğulluq tarixçəsi olan şəxslərə üstünlük verilir. Peşə hazırlığı alətinə də önəm verilir. Əmək bazarının öyrənilməsi ilə bağlı mütəmadi fəaliyyət göstəririk. Bu gün cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına ehtiyac var. Gənclərin bu sahəyə marağı güclənməlidir", - nazir müavini dekabrın1 3-də  "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.
 
Dövlət Statistika Komitəsinin 2023-cü il doqquz ay statistikasına görə Qarabağ İqtisadi rayonunda 742 yeni iş yeri yaradılıb. 2022-ci il eyni dövrünə bu rəqəm 663 olub. 
 
İş yerlərinin 105-i Ağcabədidə, 64-ü Ağdamda, 63-ü Bərdədə, 34-ü Füzulidə, 5-i Xocalıda, 46-sı Xocavənddə, 262-si Şuşada, 163-ü Tərtərdə yaradılıb.

2023-cü ilin iyunun sonuna Qarabağ iqtisadi rayonunda orta əməkhaqqı 594,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 645,1 manat təşkil edib.

2022-ci ildə Qarabağ iqtisadi rayonunda 905, Şərqi Zəngəzurda 223 yeni iş yeri yaradılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol