MBD seçkilərdə Azərbaycana müşahidəçi göndərə bilər

Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidələr göndərməyi planlaşdırır. Bu barədə Tacc agentliyi MDB-nin baş katibi Sergeye istinadan yazıb.
Bundan başqa mühadiçilərin Rusiya preizdent, Belarusda parlament seçkilərində iştirak edəcəyi də gözlənilir.
"Biz MDB missiyasını yaratmaq və onu bu seçkiləri müşahidə etmək üçün göndərmək üçün dəvət almışıq”, - o vurğulayıb.
Birliyin baş katibi bildirib ki, indiyədək müşahidəçilər missiyasının göndərilməsi ilə bağlı yazılı dəvət yalnız Bakıdan alınıb.
"Bu barədə bizə şifahi məlumat verilib, lakin indiyədək Azərbaycandan bunu yalnız yazılı şəkildə almışıq. Onlar seçkiləri ilk keçirənlərdir", - Lebedev əlavə edib.
Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparat rəhbəri Tahir Budaqov bildirib ki, YAP preizdent seçkilərində namizədi İlham Əliyev olacaq.
Seçkilərin digər namizədləri ilə bağlı hələlik siyahı açıqlanmayıb.
Prezident İLham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-si Azərbaycanda növbədənkənar preizdent seçkiləri olacaq.
Yanvarın 15-dən başlayaraq seçki ilə əlaqədar seçkiqabağı təşviqatın başlamasına start veriləcək.
Bundan əvvəl deputat Fəzail Ağamalı açıqlama verərək bildirib ki, onların partiyası(Ana Vətən) İlham Əliyevin namizədliyini irəli sürəcək.
Partiya rəhbərləri olan digər deputatlar isə hələlik kimin namizədliyini irəli sürəcəkləri ilə bağlı yekun qərar verməyib.
Milli Məclisin sonuncu iclasında-dekabrın 8-də bir neçə deputat müxalifətə səslənərək seçkilərdə iştirak etməyə dəvət edib.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib