Rusiyaya Azərbaycandan yaxın zamanda yumurta idxal olunacaq

Yaxın 1 həftə ərzində Rusiyaya Azərbaycandan ilk toyuq yumurtası tədarük olunacaq. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan sonra Türkiyədən tədarük olunması gözlənilir.
Tədarükdən sonra Rusiyada yumurtanın qiymətinin sabitləşəcəyi ehtimal olunur.
Rusiyada il ərzində yumurtanın maya dəyəri orta hesabla 40% artıb.
Qiymətləri sabitləşdirmək üçün hökumət yumurtanın idxal rüsumunu sıfırladı və xarici şirkətlərə Rusiyaya 1,2 milyard yumurta tədarük etməyə icazə verdi.
Tədbir 2024-cü il yanvarın 1-dən iyunun 30-dək qüvvədə olacaq. Bundan başqa, Türkiyənin 21 müəssisəsinə yumurta tədarükü üçün lisenziya verilib .
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























