• $
  • €
  • ₽
  • ₺
  • £

İstehlakçıya yararsız məhsul satılmasına görə kim məsuliyyət daşıyır? - Araşdırma

İstehlakçıya yararsız məhsul satılmasına görə kim məsuliyyət daşıyır? - Araşdırma
13.12.2023 17:01
Sosial şəbəkələrdə vətəndaşın "Araz" supermarketindən aldığı meyvə şirəsinin istifadə müddəti keçməməsinə baxmayaraq yararsız vəziyyətə düşməsi ilə bağlı videogörüntülər yayılıb. 
 
Görüntüdə istifadə tarixi 2024-cü il iyunun 20-i bitəcək meyvə şirəsi yararsız vəziyyətdə olduğu, market işçiləri məhsula görə istehsalçı şirkətin məsuliyyət daşıdığını bildirir.
 
Belə bir vəziyyətdə kim məsuliyyət daşıyır?
 
Hüquqşünas Vamiq Şükürov qeyd edir ki, məhsulun üzərində son istifadə tarixi qeyd olunduğu təqdirdə məhsul yarasız çıxarsa, istehsalçı şirkət məsuliyyət daşıyır.
 
"Belə halda istehsalçı şirkət məsuliyyət daşıyır. Məhsulun istifadə tarixi varsa, market heç bir məsuliyyət daşımır. Market o halda məsuliyyət daşıyır ki, məhsulun üzərində son istifadə müddəti göstərilməyib, qeyri-müəyyən formadadır”, - hüquqşünas bildirib.
 
Hüquqşünas Elşad İsayev qeyd edir ki, məhsulun yararsız olması ekspertiza ilə müəyyən olunmayıbsa, bu zaman market sahibi məsuliyyət daşımır.
 
"Market sahibinin vəzifəsi malların yararlılıq müddətinə nəzarət etməkdir. Əgər məhsulun yararlılıq müddəti keçməyib lakin məhsul yararsızdırsa, artıq bir başa məsuliyyət istehsalçının üzərindədir. Məhsulun hansı səbəbdən yararsız olması ekspertizadan keçirilməlidir. Əgər saxlanma şəraitinə riyaət edilmədiyi sübut edilərsə, bu zaman satıcı məsuliyyət daşıyır. Məhsulun yarasız olub-olmaması məsələsi xüsusi bilik tələb etdiyi üçün heç kim müəyyən edə bilməz ki, şirənin yararsız olmasının səbəbi nədir”, - hüquqşünas əlavə edib.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd edir ki, vətəndaşın aldığı məhsul yararsızdırsa, "İstehlakçıların Hüquqları Haqqında" qanuna görə satıcı cavabdehdir.
 
"Belə hal ilə qarşılaşanda hər zaman deyirəm ki, yumurta xarab olanda gedib toyuğu axtarırlar? Satıcını axtarırlar. Bir mənalı şəkildə burada satıcı cavabdehdir. Vətəndaş 1003 Qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyinə məhsulun qəbzini göndərsin, marketin cərimə olunmasına dair iş aparılsın. Ola bilər ki, məhsulun tarixi dəyişdirilib, saxlanma şəraiti pis olub. Belə hallar olur. Şirələr kimyələşmiş olduğu üçün uzun müddət xarab olmur. Demək, orada ciddi problem var. Vətəndaş dövlət orqanlarına müraciət etsin, həmin malın ləğv olunması üçün təşəbbüs göstərsin”, - sədr əlavə edib.
 
Qida mütəxəssisi İsa Əliyevin sözlərinə görə, məhsul yararsız vəziyyətdədirsə, məsuliyyət birmənalı şəkildə istehsalçı şirkətə məxsusdur.
 
"Burada mütləq formada istehsalçı şirkət məsuliyyət daşıyır. Bütün istehsalçı firmalar paketlənmiş məhsulların üzərinə əlaqə nömrəsi qoymalıdır. Bu Qida Təhlükəsizliyinin prisinsiplərində də qeyd olunub. Keyfiyyətlə əlaqədar hər hansı problem varsa, vətəndaş məhsulun üzərinə qeyd olunmuş nömrə ilə əlaqə saxlamalı və şikayətini bildirməlidir. Onlar da araşdırıb geri dönüş etməlidir. Market vitrindir, buna görə hər hansı məsuliyyət daşımır. Marketlərdə bəzən bəzi məhsullar, xüsusilə süd və süd məhsulları, ət və ət məhsulları düzgün şəraitdə saxlanılmır. Bu zaman marketin xətasından məhsula xəta gəlmiş ola bilir. Yenə də həmən şirkətin məsuliyyətindədir ki, bununla bağlı marketlər təlimatlandırılmalı, eyni zamanda vaxtaşırı onlarda yoxlamalar aparmalıdır”, - mütəxəssis vurğulayıb.
 
"İstehsalçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 7-ci maddəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və istehlakçının yuxarıda qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur.

 

 
Aygün Mirakif


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol