• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB Şirvanda 12 yaşlı uşağın qızılcadan ölməsini təsdiqləyib

TƏBİB Şirvanda 12 yaşlı uşağın qızılcadan ölməsini təsdiqləyib
14.12.2023 10:34
Şirvanda qızılcaya yoluxan 12 yaşlı uşaq ölüb. Bu barədə Apa agentliyi yazıb.
 
TƏBİB anews.az-a uşağın qızılcadan ölməsi faktını təsdiqləyib. 
 
"2011-ci il təvəllüdlü vətəndaş (kişi cinsli) ağır vəziyyətdə 13.12.2023-cü il tarixində saat 17:37 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul olunub. Ona qızılca, kəskin pnevmoniya, ensefalit, infeksion toksiki şok diaqnozları qoyulub və süni tənəffüs aparatına qoşulub. Pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib, ətraflı müayinəsi üçün Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 22:25 radələrində ölüm qeydə alınıb", - TƏBİB-in məlumatında qeyd olunub. 
 
Bundan əvvəl daha 5 uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Səhiyyə Nazirliyinin son açıqladığı statistika görə hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Qızılca ilə bağlı Ruminiya dövləti qızılca ilə bağlı epidemiya elan edib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Səhiyyə Nazirliyi açıqlama yayaraq qeyd edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. 
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol