Azərbaycandan Almaniyaya fındıq idxalının həcmi artıb

2023-cü ilin on ayında Azərbaycandan Almaniyaya 3,6 min ton qabığı təmizlənmiş fındıq ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Bu barədə İnterfaks məlumat verib.
Oktyabrda Azərbaycan Almaniyaya 338 ton meşə fındığı (illik müqayisədə artım 3,2 dəfə) ixrac edib. İxracın həcmi dəyər ifadəsində 3,2 dəfə artaraq 2 milyon avro təşkil edib.
Dövlət Gömrük Komitəsinin sentyabrın məlumatına görə, 2023-cü ilin doqquz ayında Azərbaycandan qabıqlı fındıq ixracı 15 min 252,88 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,7% çoxdur.
2023-cü ilin yanvar-sentyabrında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib.
Əsas fındıq idxalçıları arasında Rusiya, Almaniya və İtaliya var.
2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 25,395 milyon avro dəyərində 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı idxal edib
Azərbaycan dünyada ən böyük fındıq istehsalçısı və ixracatçılarından biridir.
Gülnar
Azərbaycan dünyada ən böyük fındıq istehsalçısı və ixracatçılarından biridir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























