"Cəlilabad rayon mərkəzi xəstəxanası”da radiasiya təhlükəsizliyi tələbləri pozulub

"Cəlilabad rayon mərkəzi xəstəxanası”da radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar aşkarlanaraq rentgen kabinetinin fəaliyyəti dayandırılb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirdiyi qeyd edilib.
Bu çərçivədə, Agentliklə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs arasında əməkdaşlıq zəminində "Cəlilabad rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin müraciəti əsasında rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























