11 ayda İİV-ə yoluxanların sayı açıqlanıb

2023-cü ilin 11 ayında Azərbaycanda İİV-ə 792 nəfər yoluxub. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olub. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Bildirilir ki, Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olub.
Cari ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 81668 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2321 nəfərdən 1340 nəfəri istifadəçi olması müəyyən olunub
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır.
Ümümdünya Səhiyyə TƏşkilatı bildirib ki, əhəmiyyətli irəliləyişlərə baxmayaraq, İİV ictimai səhiyyənin aktual problemi olaraq qalır.
Qlobal miqyasda 9,2 milyon insanın müalicəyə çıxışı yoxdur, hər gün 1700 insan HİV ilə əlaqəli səbəblərdən ölür. Daha 3500 nəfər yoluxub, onların çoxu statusunu bilmir və ya müalicə almaq imkanı yoxdur.
Bundan əlavə, maliyyələşdirmə, kriminallaşma və "icma çempionlarının” rollarına təsir edən məhdudiyyətlər onların əldə etdikləri tərəqqiyə təsir edir və QİÇS-ə son qoymaq səylərini ləngidir.
Bir çox icmalar, o cümlədən kişilərlə cinsi əlaqədə olan kişilər, transgenderlər, seks işçiləri, narkotik maddələrdən istifadə edən insanlar və yeniyetmələr hələ də kritik profilaktika, müalicə və qayğı xidmətlərindən məhrumdur.
2022-ci ilin statistikasına görə dünyada 1,3 milyon insan HİV-ə yeni yoluxanlar siyahısındadır. 39 milyon insan hazırda bu xəstəliklə yaşayır. 630 min insan bu xəstəlikdən həyatını itirib.
Qlobal miqyasda 2022-ci ildə bütün yeni HİV infeksiyalarının 46%-i qadınlar və qızlar arasında olub.
2022-ci ildə hər həftə 4000 yeniyetmə qız və 15-24 yaş arası gənc qadın HİV-ə yoluxub.
2022-ci ildə aşağı və orta gəlirli ölkələrdə İİV proqramları üçün cəmi 20,8 milyard ABŞ dolları ayrılıb – 2021-ci ildən 2,6% az və 2025-ci ilə qədər tələb olunan 29,3 milyard ABŞ dollarından çox azdır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























