On bir ayda narkotikə görə aşkarlanan cinayətlərin sayı açıqlanıb

2023-cü il yanvar-noyabr aylarında Azərbaycanda narkotikə görə 9758 cinayət faktı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.
"Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı 6276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub", - məlumatda qeyd olunub.
Son 11 ayda qanunsuz dövriyyədən götürülmüş 6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 269 milyon 290 min AZN kimi qiymətləndirilir.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin1 ton 886 kq 649,814 qr-nı heroin, 3 ton 961 kq 758, 574 qr-nı marixuana,265 kq 153,968 qr-nı tiryək, 53 kq 459,642 qr-nı həşiş, 750,831 qr-nı kokain, 407 kq 951,329 qr-nı psixotrop maddələr, 143 kq 307,255 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 50901 ədəd həb metadon, 95 ədəd həb psixotrop maddə, 16630 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197, 368 qr., 7703 ədəd kapsul, 3591 ədəd həb və 25,55 qr. güclü təsir edən maddə, 1 kq 613 qr zəhərli maddə və 65,68 qr. prekursor qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122 kq 290,98 qr. olan 944.559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























