• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan: Bir şərt yerinə yetirilsə yaxında sülh imzalana bilər

Paşinyan: Bir şərt yerinə yetirilsə yaxında sülh imzalana bilər
14.12.2023 12:42
Bir şərt yerinə yetirilərsə Ermənistan Azərbaycanla yaxın zamanda selh müqaviləsi imzalaya bilər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Əgər Azərbaycan prinsipləri təsdiq edərsə, o zaman yaxın gələcəkdə sülh sazişinin imzalanması çox realdır”, - Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlərinin görüşünün açılışında deyib.

Eyni zamanda, daha əvvəl Ermənistan səfiri Edmon Marukyan bildirib ki, sülh müqaviləsinin yekun layihəsi hələ hazırlanmayıb, ona görə də sənədi imzalanmaq üçün təqdim etmək mümkün deyil.

Sentyabrın 19-da Azərbaycanın Qarabağda antiterror əməliyyatından sonra reinteqrasiya ilə bağlı rəsmi sayt yaradılıb. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, eləcə də Qarabağa getmək istəynlər həmin saytda qeydiyyatdan keçə bilər. 
 
Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 

Hazırda sülh müqaviləsi üzərində danışıqlar gedir.
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol