• $
  • €
  • ₽
  • ₺
  • £

Özəl tibb müəssisələrində icra olunan əməliyyatlara 211 milyon manat ödənilib

Özəl tibb müəssisələrində icra olunan əməliyyatlara  211 milyon manat ödənilib
14.12.2023 13:02
2023-cü il İcbari Tibbi Sığorta Agentliyi tərəfindən özəl tibb müəssisələrində icra olunan əməliyyatlara 211 milyon manat ödənilib ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

"Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunan əməliyyatların dəyəri Agentlik tərəfindən həmin tibb müəssisəsinə ödənilir. Ödənilən məbləğin artması o deməkdir ki, vətəndaşların dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib. Bu xidmətə əlçatanlığın göstəricisidir", - o qurumun illik hesabatını təqdim edərkən məlumat verib.
 
Sədrin sözlərinə görə, özəl tibb müəssisələrində ən çox icra olunan əməliyyat və prosedurlar ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub.

Bundan əvvəl qurumun sözçüsü Aynurə Əhmədova bildirib ki, əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər.
 
2022-ci ildə agentlik tərəfindən özəl tibb müəssisələrində icra olunan əməliyyatlara 90 milyon manatdan çox vəsait ödənilib.

2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir. 

Aygün Mirakif

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol