Azərbaycanda 35 faiz uşaq məktəbəqədər hazırlıq qruplarına cəlb olunub

Azərbaycanda hazırda 35 faiz uşaq məktəbə qədər hazırlıq qruplarına cəlb olunub. Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.
Nazir bildirib ki, məqsəd 2026-cı ilə qədər bu rəqəmi 50 faizə çatdırmaqdır.
"Azərbaycanda mərkəzləşdirilmiş qaydada informasiya sisteminin yaradılması olduqca vacibdir. Düşünürəm ki, bu baxımdan nəzərdə tutulan hədəfə çatdırmalıyıq. Ölkə iqtisadiyyatına təxminən 20-30 ildən sonra bu proses özünü göstərəcək. Nazirlik olaraq, məqsədimiz hər 5 uşaqdan biri heç olmasa məktəbəqədər təhsilə cəlb olunmasıdır. Nəzərə alsaq ki, bu şagirdin ilkin biliklərinə olduqca təsir edir",- nazir vurğulayıb
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























