Dekabrın 21-də metro saat dörddə açılacaq

Bakı metropoliteni futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın "Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də fəaliyyətinə səhər 04:00-dan başlayacaq. Bu barədə qurumdan bildirilib.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metropoliteninin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq. Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metropoliteninin həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq", - açıqlamada deyilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib