• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir şagirdin təhsil xərci 1200- 7000 arası başa gəlir- Nazir

Azərbaycanda bir şagirdin təhsil xərci 1200- 7000 arası başa gəlir- Nazir
15.12.2023 11:27
 Azərbaycanda bir şagirdin təhsil xərci 1200- 7000 arası başa gəlir. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
O bildirib ki, məktəblərin birində təhsil alan şagirdin biri üçün 64 min manat illik vəsait xərclənir. 
 
"Burada görünən ondan ibarətdir ki, bizim orta hesabla daha çox pul xərclədiyimiz yerlərdə heç də keyfiyyətimiz yuxarı deyil. Azərbaycan məktəblərində hazırda çox qeyri-bərabər maliyyə paylanması var. Məsələn şagird sayı 0-30 olan 477 müəssisədə 7 min şagird oxuyur və biz 1 uşağa 7 min manat xərcləyirik. Bu təxminən Bakıda bəzi özəl məktəblərin qiymətinə bərabərdir. Amma biz orada heç bir keyfiyyət əldə edə bilmirik. Niyə əldə edə bilməməyimiz çox vacib sualdır. Bu əslində bir neçə şeyi göstərir. O demək deyil ki, siniflər daha az olanda məktəbdəki şagirdlər daha yaxşı oxuyur. Bu birbaşa onun isbatıdır. Eyni zamanda biz başa düşürük ki, bu müəllimdən asılıdır. Eyni zamanda da sıxlıqlaşmanın və rasionallaşmanın aparılmasının ehtiyacını göstərir. Eyni büdcə ilə daha çox şagirdimizə daha yaxşı, keyfiyyətli xidmət göstərə bilərik. Məsələn, bizim bir məktəbimizdə 1 şagird var ki, ona illik 64 min manat xərclənir. Həmin pulu o şagirdə yenə xərcləyək, mən bunun xərclənməməsi mövqeyində deyiləm, amma 64 min manatla biz o şagirdə nələr edə bilərik mövqeyindəyəm. Dövlət vəsaitinin daha səmərəli, düzgün, nəticəyönlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərimizi davam etdirəcəyik, çünki bu olduqca vacib bir istiqamətdir.
Bakının böyük məktəblərinin birində bir şagirdə düşən orta xərc cəmi 600 manatdır. Amma başqa ucqar kənddə bu 30 min manatdır. Bu həm bərabər paylanma baxımından ədalətli deyil, həm də 600 manat xərclədiyimiz məktdəbdə daha yaxşı nəticə əldə edirik”, - o, Azərbaycan müəllimlərinin XVI qurultayında vurğulayıb.


 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol