İl ərzində 40 növdə 253 imtahan keçirilib- Məleykə Abbaszadə

İl ərzində 40 növdə 253 imtahan keçirilib. Bunu Azərbaycan müəllimlərinin XVI Qurultayında Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə çıxışı zamanı deyib.
" Son bir il ərzində 600 mindən çox insan biliyin qiymətləndirilməsi prosedurlarından keçib. 60 mindən çox müəllim bu prosedurları idarə etməyə cəlb olunub. 4 mindən çox ekspert, müəllim, imtahanin məzmununun hazırlanmasında , nəticələrin yoxlanılmasında iştirak edib. İl ərzində 40 növdə 253 imtahan keçirilib", DİM sədri vurğulayıb.
Məleykə Abbaszadə bildirib ki, yazılı sualların yoxlanılması prosesini sürətləndirmək üçün marker müəllimlərə ehtiyac var.
" Hazırda yazılı sualların yoxlanılması və digər prosesləri sürətləndirmək üçün marker müəllimlər lazımdır. Həmçinin bundan başqa test imtahanlarında test nümunələri tərtib edən müəllimlər varsa, bizə müraciət edə bilər",- o bildirib
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























