2024-cü ildən bəzi məktəblərdə elektron imtahanların keçilməsi nəzərdə tutulur

2024-cü ildən bəzi məktəblərdə elektron imtahanların keçilməsi nəzərdə tutulur. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
"2024- cü ildən etibarən Dövlət imtahan mərkəzinin yeni imtahan korpusunda yeni elektron imtahanların keçirilməsi nəzərdə tutulub. Növbəti mərhələdə ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşdırması və iştirakçı sayı 2000 şagird olan məktəblərdə imtahanların online şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Daha sonra on min şagirdi olan məktəblərdə imtahanlar online qayda da keçiriləcək. Bundan başqa bu proses ali məktəblərdə də bu qaydada keçirə biləcəyik. Çalışmalıyıq ki, imtahanlar daha sərbəst cədvəl əsasında həyata keçirilsin. Daha vacib hədəfimiz təhsil alanların səriştəsinin yoxlanılmasıdir. Bu da rəqəmsallaşdırmadan asılıdır. Təkcə informatika dərslərində rəqəmsallaşma deyil, digər fənlərdə də bunlar nəzərə alınmalıdır. Təbii ki bununla da əlaqədar yeni növ qiymətləndirmə, ölçmə materialları hazırlamalıyıq",- DİM sədri əlavə edib.
Məleykə Abbaszadə bildirib ki, DİM öz fəaliyyətində süni intellektin tətbiqinə başlayır.
" DİM-in öz fəaliyyətində süni intellekt tətbiqinə başlaması hədəfimizə çatmağa, eyni zamanda vətəndaş məmnunluğunu artırmağa imkan verəcək. Daxili nəzarət proqramlarında bu istifadə olunur. Gələn ilin martından biz müəyyən proqramları süni intellekt əsasında quracağıq",- Abbaszadə əlavə edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























