• $
  • €
  • ₽
  • ₺
  • £

2024-cü il Ağdamda Atçılıq Mərkəzi tikiləcək

2024-cü il Ağdamda Atçılıq Mərkəzi tikiləcək
15.12.2023 16:20
2024-cü il Ağdamın Ağdamın Eyvazxanbəyli kəndində Atçılıq Mərkəzi tikiləcək. Bunu Azərbaycan Respublikasını Prezidentinin xüsusi  nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev deyib. 
 
"Qarabağ dedikdə həm də öz etibarlılığı, dözümlülüyü ilə məhşur olan yaraşıqlı və vəfalı Qarabağ atları da yada düşür. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyanın ən qədim mədəni cinslərindən biridir.  Ağdamın Eyvazxanbəyli kəndində vaxtilə mövcud olmuş məhşur atçılıq zavodunun öz tarixi yerində yenidən atçılıq mərkəzi inşa olunacaq. Bu da öz növbəsində rayona gələn turistlər üçün maraqlı əylənə mərkəzinə çevriləcək. Hal-hazırda bu istiqamətdə layihələndirmə işləri davam etdirilir", - Faiq Hacıyev dekabrın 14-də Ağdamda "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib. 
 
Xüsusi nümayəəndə bildirib ki, Qarabağa gedən yolların bərpası turistlərin ora cəlb olunması üçün imkanlar yaradır. 

"Bu il istifadəyə verilən Talış-Tapqaraqoyunlu və Suqovuşan-Talış avtomobil yolları ölkəmizin qərb rayonlarını Qarabağ ilə daha da yaxınlaşdırır və turistlərin səfərləri üçün xidmət edir. Həmçinin iki ay öncə Azıx və Tağlar mağaralarının UNESCO -nun ümumidünya irs üzrə itkin siyahıya əlavə edilməsinə dair olan xəbər bizim hamımızı çox sevindirdi. Ağdərənin yaxınlığında yerləşən Tuğ kəndinin Prezidentin müvafiq sərəncamına əsasən qoruq elan edilməsi Xocavəndin  turizim potensialını daha da zənginləşdirəcək. Eyni zamanda erməni vandalizminə məruz qalmış tarixi abidələrimizin bərpası istiqamətində də işlər davam etdirilir", - o əlavə edib. 
 
Faiq Hacıyev vurğulayıb ki, hazırda Ağdamda Pənahəli xanın imarət kompleksində və Ağdam Cümə məscidində təmir bərpa işləri davam edir, növbəti il ərzində bu işlərin tamamlanması gözlənilir. 
 
Bundan əvvəl Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata açıqlamasında 2025-ci ilin ortalarından başlayaraq Ağdama və onun ətraf kəndlərinə - Xıdırlı, Kəngərli, Sarıcalıya məskunlaşmanın həyata keçiriləcəyini, ardınca isə Arazxanbəyli, Salahlı, Kəngərli, Güllücə və digər bütün kəndlərin l Dövlət proqramında qoyulmuş vaxta uyğun olaraq tikilib təhvil veriləcəyini bildirib.
 
Prezident İlham Əliyev Qarabağda vətəndaşlarla görüşən zaman söyləyib ki, 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşaması planlaşdırılır.
 
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad olunub. 
 
Çiçək Sadatova
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol