Şahbulaq qalası ətrafında otel tikiləcək - Elgün Cavadov

Ağdamın Şahbulaq
qalasının ətrafında Dövlət Turizim Agentliyi tərəfindən otel tikilməsi planlaşdırılır Bunu Dövlət Turizim Agentliyinin "Regional turizim və mədəni irs şöbəsinin müdiri" Elgün Cavadov bildirib.
"Ağdamın yaxınlığında yerləşən Şahbulaq qalası ətrafında Dövlət Turizim
Agentliyi tərəfindən layihə icra edilir. Gələcəkdə bu ərazidə otel tikilməsi nəzərdə tutulub", - Cavadov dekabrın 14-də Ağdamda "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda qeyd edib.
Şahbulaq qalası
Qarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa edilib. Memarlıq
abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlayıb. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən
ikinci qaladır.
Çiçək Sadatova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























